Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 149 nəfərdir.

Ölkədə son sutka ərzində 1 928, hazırkı dövrədək isə 6 949 748 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...