"YAŞAT" Fondu daima müharibə iştirakçıları və şəhid ailələrinin qayğısına qalır - MİLLƏT VƏKİLİ AÇIQLADI

““YAŞAT” Fondunun yaranması ondan xəbər verir ki, Azərbaycan dövləti müharibə iştirakçılarına, qazilərə eyni zamanda şəhid ailələrinə hər zaman böyük həssaslıqla yanaşır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, dövlətin müxtəlif proqramlarının icrası sayəsində sözü gedən həssas qruplara aid olan insanlara hər zaman dövlət tərəfindən yüksək qayğı göstərilməkdədir: ““YAŞAT” Fonduda öz növbəsində məhz qazilərə və şəhid ailərinə dəstək göstərməsi ilə seçilir. Bizlərdə bir millər vəkili olaraq ehtiyacı olan seçicilərimizin müraciətlərini “YAŞAT” Fonduna ünvanlamışıq və onlar tərəfindən də reaksiyalar görmüşük. Bu baxımdan da hesab edirəm ki, “YAŞAT” Fondunun yaradılması vaxtında atılmış bir addım idi. Bu Fondun yaradılması ilə müharibədə iştirak edərək qazi olmuş soydaşlarımıza müxtəlif xarakteli yardımlar həyata keçirilir.

Mən millət vəkili olaraq təmsil etdiyim Göygöl rayonundan bir neçə qazimizin Türkiyədə müalicə olunması üçün “YAŞAT” Fonduna müraciət etdik və onlarda həmin qazilərin müalicəsini Türkiyədə təmin etdilər. . Eləcə də, Azərbaycanın ən müxtəlif bölgələrində müharibədə iştirak edib yaralanmış şəxslərə “YAŞAT” Fondu tərəfindən böyük həssaslıqla yanaşılır və onların istər Azərbaycanda istərsə də, xaricdə müalicəsi təşkil olunur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə