“Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib - VİDEO

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev meydanında baş tutan fləşmobda partiyanın fəal üzvləri yaxından iştirak ediblər. Dörd minə yaxın gəncin iştirakı ilə keçirilən fləşmobda “Narkomaniyaya yox deyirik!” şüarı canlandırılıb.

Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...