Keçi südünün faydaları nədir? - MÜTƏXƏSSİS AÇIQLADI

Keçi südünün faydaları nədir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Keçi südü inək südünə nisbətən daha faydalıdır. Ona görə ki, qida dəyəri baxımından keçi südü inək südündən daha zəngindir". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

O qeyd edib ki, keçi südünda vitamin və minerallar daha çoxdur: "Eyni zamanda, keçi südü kalsiumla da zəngindir. Bu da uşaqlara verilə bilən ən gözəl qidadır. Uşaqların sümüklərinin formalaşmasına müsbət təsir edir. Keçi südü həmçinin yaşlılar üçün də faydalıdır. Yaşlılarda sümük ərimə prosesinin qarşısını alır. Yaşlı nəsildə oynaq boşalmalarının, əsmənin qarşısını alır. Belə bir fikir ortaya çıxır ki, bəs süd içərkən inteqrasiya yaranır axı. Qeyd edə bilərik ki, bu, inək südünə aiddir. Çünki inək südündə lakto şəkərinin səviyyəsi yüksəkdir və bunun həzm olunması laktoz emziminə ehtiyac var.

Keçi südündə laktoz şəkəri səviyyəsi aşağı olduğuna görə, bu süddən rahat şəkildə istifadə etmək mümkündür.

Bağırsaq floriyası üçün də keçi südü inək südündən daha faydalıdır. Qida dözümsüzlüyünə səbəb olmur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə