"Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi olub - FOTOLAR

"Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi olub - FOTOLAR

"Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi olub. SİA xəbər verir ki, layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu Yasamal Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə "Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutub. Sərgidə 70 rəssam 70 rəsm əsəri ilə iştirak edirdi. Rəsm əsərlərində Tacikistanın mənzərələri, mətbəxi , adət - ənənələri vəsf olunub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev və xanımı Mühabbet Soliyeva, Türkiyə səfiri Cahit Bağçı, Gürcüstan səfiri Zurab Pataradze, Əfqanıstan səfiri Amanullah Ceyhun,Meksika səfiri Xuan Flores, diplomatik korpusun nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular və Ümummilli liderin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış oldular.

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova sərgiyə gələn fəxri qonaqları və rəssamları salamladı. Artıq xarici ölkə səfirliklərinin mərkəzdə ziyarətlərinin və sərgilərinin təşkil olunması ənənə halına keçdiyini bildirib.

Sərgidə iştirak edən Tacikistan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Rustam Soliyev iştirakçıları salamlayaraq bildirdi ki, bu cür mədəniyyət tədbirləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət edir.

Daha sonra sərgi layihə rəhbəri və təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar nümayş etdirilən rəsmlər barədə qonaqlara ətraflı məlumat verərək rəsm əsərlərinin tacik xalqının adət və ənənələrini, yaşayış tərzini və təbiət mənzərələrini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə