"YAŞAT" Fondu bir çox lahiyələri həyata keçirib

"YAŞAT" Fondu bir çox lahiyələri həyata keçirib

"YAŞAT" Fondu məktəbli ləvazimatı ilə bağlı lahiyələr həyata keçirir. Bizim şəhidlərimizin övladları 1 illik məktəb ləvazimatları ilə təmin olunub". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

O, qeyd edib ki, "Şəhid Əmanətləri Şuşada" adlı lahiyə həyata keçirilib: "Bu lahiyədə şəhid ailələrinin və onların övladlarının Şuşaya səfəri təşkil olundu. Bütün bunlarla yanaşı "Zəfər Yarmarkası" adlı tədbir keçirildi. Bu yarmarkada müxtəlif qurumlar iştirak edirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Türkiyədə müalicə alan qazilərimizi ailələri ilə görüşdürdük. Novruz sovqatı ilə bağlı 2021-2022-ci ildə 10 min 800 sovqat qutusu şəhid ailələrinə və qazilərimizin mənzillərinə çatdırıldı".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə