"Hazırda 25 yaralımız və 2 şəhid ailəmizin üzvü Türkiyədə müalicə alır"

"Hazırda 25 yaralımız və 2 şəhid ailəmizin üzvü Türkiyədə müalicə alır"

"Yaşat Fondunda müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlı 17 339 670. 95 manat xərclənib". SİA xəbər verir ki, bu fikirləri Yaşat Fondunun rəhbəri Elvin Hüseynov mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, dərman vəsaitlərinin eyni zamanda tibbi avadanlıqların alınması üçün də müəyyən məbləğdə vəsaitlər sərf olunub: "Türkiyə Respublikasına göndərilən xəstə sayı 171 yaralı, 5 şəhid ailə üzvü olub. Hazırda 25 yaralımızın, 2 şəhid ailəmizin üzvü Türkiyədə müalicə alır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə