"Yaşat Fondunun daxili vəsaiti 73 milyondursa onlardan 61 milyonu xərclənib" - FOND RƏHBƏRİ
"Yaşat Fondu müharibədən dərhal sonra yarandı. Bu Fondun yaranmasında əsas məqsəd olunan yardımların vahid bir platformadan qurulması idi". SİA xəbər verir ki, bu fikirləri Yaşat Fondunun rəhbəri Elvin Hüseynov mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ən qısa bir müddətdə bütün şəhid ailələrinin evinə ziyarətlər olundu və 4 istiqamətdə bütün məlumatlar əldə olundu: "Bu günə qədər Yaşat Fondunun daxili vəsaiti 73 milyondursa onlardan 61 milyonu xərclənib. Bizim əməkdaşlarımız ən ucqar yerlərdə yaşayan şəhid ailələrini ziyarət edib. Qeydə alınan ziyarət sayı 2 min 927 nəfər olub. Öhdəliyə götürülmüş şəxs sayı 12.526 nəfərdir. Yaşat Fondunun çağrı mərkəzi 2021-ci ildə yaranıb. 2021-ci ildə 117 min 901 nəfər müraciət edibsə 2022-ci ildə isə 33 min 265 nəfər müraciət edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB