Azərbaycanın göndərdiyi amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb- FOTO/VİDEO

Azərbaycanın göndərdiyi amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb- FOTO/VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə