Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə SİA-ya"Azərsu" ASC-dən bildirilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə