Dondurma yeyənlər DİQQƏTLİ OLSUN - MÜTƏXƏSSİS AÇIQLADI

"“Maraş” adlanan dondurma soyuq temperaturda qaldığına görə burada heç bir sıxıntı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, sadəcə həmin dondurmanın saxlanma şəraiti düzgün olmalıdır: "Bəzən səyyar satışlarda üstün açıq, gün şüaları altında qalan dondurmalara rast gəlirik. Bu dondurmalar əriyir və yenidən dondurularaq satışa çıxarılır. Bu zaman həmin dondurmalarda bağırsaq çöplərinin sayı həddindən artıq çox olur. Bu da təbii ki, qida zəhərlənməsinə səbəb olur. Səyyar satışlarda satıcıların diqqət edəcəyi məqam odur ki, gün şüalarından uzaq bir məkanda satış etməli, gün şüalarından mühafizə olunan soyuducularda saxlanılmalı, dondurmaları saxlanılan dolablarda heç bir yad məhsul olmamalıdır. “Maraş” dondurmaları soyuducuda saxlanılsa da, günəş şüalarından uzaqda olmalıdır.

Dondurmaları təqdim etmək üçün istifadə olunan qaşıqlar tez-tez yuyulmalı və təmiz saxlanılmalıdır. Çünki həmin qaşıqlar soyuducunun içində qalmır, kənarda saxlanılır. Bu da mikrobioloji çirkənlənməyə səbəb ola bilər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə