Türkiyəli mütəxəssislərin iştirakı ilə hərbi qulluqçularla kurslar başlayıb - FOTO

Türkiyəli mütəxəssislərin iştirakı ilə hərbi qulluqçularla kurslar başlayıb - FOTO

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

Bu barədə Müdafiə Nazirliyindən SİA-ya bildirilib.

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə