Quba sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək

Quba sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə səyyar qəbul otağı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə