Azərbaycanda duru yağ böhranı ola bilər? - AİB SƏDRİ AYDINLIQ GƏTİRDİ

Azərbaycanda duru yağ böhranı ola bilər? - AİB SƏDRİ AYDINLIQ GƏTİRDİ

“Duru yağ bazarında qiymət bahalığı daima müşahidə olunub”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, MDB bazarında duru yağ istehlakçısı olan Ukraynanın Rusiya ilə hazırki münaqişəsi duru yağ bazarına təsir edir: “Azərbaycan hökuməti bu sahədə çox önəmli tədbirlər görür. Azərbaycanda duru yağ ehtiyatları mövcuddur və duru yağın başqa ölkələrdən alınması üçün fəal işlər görülür.

Fikrimcə, işğaldan azad olunmuş ərazilərimizdə duru yağ verən bitkilərin əkilməsi prosesi başlayacaqdır. Məncə, bu bahalaşma dünya bazarından baş verən hadisələrdən və müharibədən qaynaqlanır. Təsadüfi hal deyil ki, MDB yağ bazarında standartlara uyğun şəkildə hazırlanan və heç bir təhlükəsi olmayan palma yağlarına qarşı böyük anti-reklam kampaniyası həyata keçirilir. Bu kampaniyanın təşkil olunmasında əsas məqsəd ucuz yağların MDB bazarına daxil olmasının qarşısını almaqdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə