Anomal istilər nə vaxta kimi davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

Anomal istilər nə vaxta kimi davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

“İyunun 22-si Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, mülayim şimal küləyi axşama doğru arabir güclənəcək: “Havanın tempraturu 30-35, yarımadanən bəzi yerlərində 37 dərəcəyədək isti olacaq. 23 iyun gün ərzində paytaxtda arabir güclü şimal-qərb küləyi əsəcək. Havanın tempraturu 30-34 dərəcə isti olacaq. Bölgələrdə də iyunun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə