Bakı artıq beynəlxalq forumlara ev sahibliyi edir - ŞƏRH

Bakı artıq beynəlxalq forumlara ev sahibliyi edir - ŞƏRH

16 iyun 2022-ci ildə Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir. Bakı Forumunda 53 ölkədən 400-ə qədər nüfuzlu qonaqlar və nümayəndələr iştirak etmişdirlər. İştirak edən qonaqlar içərisində sabiq dövlət başçıları və hökümət başçıları da vardır. Keçirilən Bakı Forumunda əsasən qlobal məsələləri əhatə edən mövzular müzakirə olunmuşdur.

IX Qlobal Bakı Forumunda ölkə başçısı cənab İlham Əliyev tərəfindən İkinci Qarabağ savaşında əldə olunan qələbədən də söz açılmışdır. Bəli bizim müharibədə əldə etdiyimiz qələbəni bütün dünya gördü və bu ədalətli, eyni zamanda labüd olan bir qələbə idi. 30-ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarının 20-faizi işğal altında idi, biz hər birimiz gözəl bilirik ki öz yurd və yuvalarından məhrum olmuş şəxslər necə bir agır mərhumiyyətlərə düçar olmuşlar. Azərbaycan xalqı milli ləyaqətini təmizlənməsi istiqamətində lazımı tədbirləri gördü. Bununlada Azərbaycan ordusu və xalqı birlik göstərərək 30-il müddətini 44-gündə şərəflə yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdik. Hal-hazırda Azərbaycan hərb meydanında qalib olan tərəfdir. Buna baxmayaraq hər zaman sülh istəyən tərəf də Azərbaycan olmuşdur. İnkişaf etmək istəyən hər bir dövlət müharibə deyil sülh tərəfdarı olmalıdır. Müharibədə qazanılmış qələbəyə baxmayaraq tezliklə sülhün bərqərar olunması və Zəngəzur dəhlizinin açılışı istiqamətində siyasi masada görüşlər aparılır.

Biz inanırıq ki tezliklə sülh təmin olunacaq və Azərbaycan bütün ərazi vahidi ilə nəqliyyat və enerji sferasında bir-başa əlaqə quracaqdır.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə