Qızlar analarının taleyini yaşayır? - PSİXOLOQ AÇIQLADI

Qızlar analarının taleyini yaşayır? - PSİXOLOQ AÇIQLADI

“Ümumiyyətlə, ailə bizi formalaşdırır. Doğulduğumuz andan etbarən bizə qayğı göstərən şəxsin emosional vəziyyəti və bizə yaxınlaşma tərzi bizi biz edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Kəmalə Əliyeva deyib.

Onun sözlərinə görə, biz emosiyaları, davranışları dolayı yolla valideynlərimizdən öyrənirik: “Əgər nəzərə alsaq ki, ailələrimizdə daha çox uşaqla ünsiyyətdə olan analardır, onlar həm düşüncələrini, həm də qorxularını övladlarına ötürə bilirlər. Ananı çıxış yolu kimi ya təqlid edirik, ya da inkar edirik. Hər iki halda bizim yaşantılarımıza və psixoloji durumumuza təsiri əvəzsizdir”.

Kəmalə Əliyeva sözlərinə belə davam edib: “Analarımızın ailə, xoşbəxtlik, münasibət və s. haqqında beynimizə yerləşdirdikləri qəlibləşmiş fikirlər bəzən istəməsək belə bizə yön verir. Ana qızın həyatında rol modeldir. İlk tanıdığı qadındır. Onun problemi aşma bacarığı, həyata baxış tərzi onu müşahidə edib öyrənən qızına mütləq təsir edir. Bu qız gənc xanım olduqda öyrənilmiş davranışını icra edir. Bəs başqa cür olması mümkün deyil? Əlbəttə ki, şəxsi inkişaf, özünü tərbiyə yolu ilə biz mənimizi yetkinləşdirə bilərik. Tənqidi düşüncə, ayıretmə bacarığımızla anamızın müsbət təfəflərinə mərkəzləşə bilərik. İbn Haldunun məhşur “coğrafiyamız taleyimizdir” fikrini götürsək, nəinki doğulduğumuz coğrafiya, doğulduğumuz ailə də bizə həyatımız boyu istiqamət verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə