İnsanlar niyə bahalı və brend mallara üstünlük verir? - PSİXOLOQ AÇIQLADI

İnsanlar niyə bahalı və brend mallara üstünlük verir? - PSİXOLOQ AÇIQLADI

"İnsanların mütəmadi olaraq brend və bahalı mallara üz tutmasının səbəbləri müxtəlifdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzi insanlar gündə 10 manatlıq keyfiyyətsiz ayaqqabı almaq yerinə, bir ədəd bahalı ayaqqabı alıb onu uzun müddətli istifadə etməyi düşünürlər: "İkinci tərəfdən də elə insanlar var ki, bahalı geyimlər, aksessuarlara üz tuturlar. Onlar bir növ özlərini bu cür bahalı geyimlərlə təsdiq etməyə çalışırlar. Amma bir də öz geyim tərzləri ilə təsdiq etməyə çalışırlar. Bu səbəbdən özünü təsdiq etməyən insanlar bu gün bahalı geyimlərlə, ayaqqabılar, aksessuarlarla təsdiq etməyə çalışırlar. Bu tip insanlar özünə qiymət verilmədiyi halda geyiminə qiymət verməyi üstün tuturlar”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə