Bəzi insanlar niyə özünü yorğun hiss edir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Bəzi insanlar niyə özünü yorğun hiss edir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Özünü bütün gün yorğun hiss etmək bəzən fiziki, bəzən də emosional yorğunluqdan olur. Yəni, insan baxır ki, heç bir iş görməyib və ya çox az iş görüb, amma yorğundur. Çünki biz düşüncələrlə beynimizi, emosiyalarla isə psixologiyamızı yoruruq. Bu emosional yüklü insanlar üzərinə həddindən artıq məsuliyyət götürənlərdir. Yəni, beyin və hislər davamlı olaraq məşğuldur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, zamanla bunlar insanı yorur: “Emosional yorğunluq passivlik və fəaliyyətsizliyə gətirib çıxarır. Bu zaman da depressiyanın yüngül formaları baş qaldırır. Belə olan hallarda insanlar psixoloji dəstəyə ehtiyac duyur. Çünki hər insan bu haldan təkbaşına çıxa bilmir”.

Psixoloq sözlərinə belə davam edib: “Bu hallar xüsusilə gənclərin bütün növ ünsiyyət forması və münasibətinə təsir göstərir. Çünki o bu halı insanlara da ötürür.

Məsləhət görərdim ki, fiziki olmayan, lakin mənəvi yorğunluqdan əziyyət çəkən insanlar bu yükdən azad olmaq üçün peşəkarlara müraciət etsinlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə