"Son 3 ildə 6 milyard manat dəyəri olan islahat paketi həyata keçirilir" - NAZİR

"Son 3 ildə 6 milyard manat dəyəri olan islahat paketi həyata keçirilir" - NAZİR

“Layiqli Əmək üzrə Ölkə Proqramının ölkəmizdə beynəlxalq gündəliyə uyğun fundamental əmək hüquqları və prinsiplərinin təminatında yeni təşəbbüslər nəzərdə tutulub”. SİA xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda qeyd edib.

S.Babayev bildirib ki, son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilir: “Bu dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu iki dəfədən çox artıb”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə