“Qadınlara iş tapmaq, dolanmaq daha çətindir” - RAZİ NURULLAYEV

“Qadınlara iş tapmaq, dolanmaq daha çətindir” - RAZİ NURULLAYEV

“Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Parlamentin bu gün keçirilən ilk növbədənkənar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir: “Bu, azyaşlı övladı olan ailələrə şamil edilir. Ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu, iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil. Qadınlara iş tapmaq, dolanmaq daha çətindir. Qadın həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr çox deyil, amma problemləri çox ağırdır. Təklif edirəm ki, müvafiq qanunlara düzəliş edək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın”.

Bütün xəbərlər Facebook səhifəmizdə