15 İyun - Qurtuluş Günündə "Azərkitab" - Kitab Mərkəzinin yeni formatda, yeni ünvanda açılışı mərasimi və tanınmış rəssam Gülnarə Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi baş tutub. SİA xəbər verir ki, sərgi layihə rəhbəri və təşkilatçı Elnurə və Aygün İsgəndərovalar tərəfindən təşkil olunmuşdur.
Sərgidə rəssamın Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 əsəri sərgilənirdi . Əsərlər yağlı boya və kətan üzərində işlənmişdi.
Sərgidə Gülnarə Məmmədova çəkdiyi Milli Qəhrəman general-mayor Polad Həşimovun, Milli Qəhrəman Mübariz İbrahimovun portretlərini ailələrinə hədiyyə etdi. Burada media nümayəndələri və fəxri qonaqlar iştirak ediblər.
Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açıb. Öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra qonaqları salamlayıb Qurtuluş günü münasibətilə təbrik edib və sözü millət vəkili Vüqar İsgəndərova verib.
Vüqar müəllim 15 iyun Qurtuluş gününün mahiyyətindən söz açıb və şəhidlərimizin portretlərinin çəkilib ailələrinə hədiyyə olunmasını rəssamlar tərəfindən gözəl təşəbbüs olduğunu bildirib. Vətənpərvərliyi tərənnüm edən əsərlər yaratdığı və ilk fərdi yaradıcılıq sərgisi üçün Gülnarə xanımı təbrik edib uğurlar arzulayıb.
Sərgidə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan çıxışında Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 rəsm əsərinin Gülnarə xanım tərəfindən gözəl təşəbbüs olduğunu bildirdi . Bir millət iki dövlət olaraq birlikdə uğurlara imza atmağımızı arzuladı.
Sərgidə iştirak edən Əməkdar jurnalist , Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir Azəri , Qalera Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli, El ART Studiyanın rəhbəri Elnara İsgəndərova, rəssamlardan Fərəh Babayeva, Səadət Cəfərova , Pərviz Mahmudov, Elçin Nəsirov həmkarlarını təbrik edib uğurlar arzuladılar .
Vətən Müharibəsi qazisi Çingiz Abdullayev Şuşa mövzusunda olan əsərlərin rəssamın gözəl təxəyyülünün nümunəsi olduğunu bildirib. Sonda Gülnarə Məmmədova, atası Hümbət Məmmədov, anası Əntiqə Məmmədova sərgidə iştirak edən bütün qonaqlara və təşkilatçılara dərin təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB