YAP İmişli rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 2022-cilin iyun ayının 9-da start götürmüş Milli Qurtuluş gününə həsr olunan, 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında 120 məktəblidən formalaşmış 12 komandanın iştirakı ilə futbol üzrə rayon birinciliyi başa çatıb. SİA-nın verdiyi məlumata görə, yarışda İmişli şəhər 7 saylı tam orta məktəbin “Kür” komandası 1-ci, Sarıxanlı kənd tam orta məktəbinin “Qartal” komandası 2-ci, İmişli Uşaq Gənclər Şahmat məktəbinin “Qurtuluş” komandası isə 3-cü yeri tutub.
YAP İmişli rayon təşkilatının iclas zalında keçirilən mükafatlandırma mərasimində YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və Mil-Muğan Regional Təhsil idarəsinin İmişli rayon Təhsil sektorunun müdiri vəzifəsini icra edən Vahid Tağıyev çıxış edərək böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün olan Qurtuluş günündən, xalqımızın xilaskarı Ümummilli lider Heydər Əliyevin yox olmağa məhkum edilmiş Azərbaycanı xilas etməsindən danışıblar.
Tədbirin sonunda qalib komandalar diplom və medallarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB