"Qazilərimiz bizim fərəh və qürur mənbəyimizdir" - NAZİR MÜAVİNİ AÇIQLADI
"Bu gün Milli Qurtuluş günüdür və biz bu münasibətlə qazilərimizə sosial dəstək tədbirlərimizi davam etdiririk". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında nazir müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, sevindirici haldır ki, bu gün dövlətimiz qazilərin yanındadır: "Qazilərimiz bizim fərəh və qürur yerimizdir. Bildiyiniz kimi dövlət tərəfindən həm mənzil təminatı proqramı həyata keçirilir və eyni zamanda avtomobillərin də verilməsi prosesi icra olunur. Bu gün 50 qazimizə avtomobil verildi. Həmçinin qeyd edim ki, bu il ərzində verilmiş avtomobillərin sayı 100-ə çatıb.
Ümumilikdə isə bu günə qədər 7500 avtomobil verilib. Təbii ki, bütün bunlarla yanaşı qazilərimizin həyat və fəaliyyətinin yaxşılaşdırılması yönündə müxtəlif lahiyələr həyata keçirilir. İndiyənə qədər yüz mindən artıq bu cür həssas kateqoriyalara aid vətəndaşlarımız müxtəlif sosial xidmətlər alıb. Qazilərimizlə bağlı reabilitasiya xidmətlərimizdə həyata keçirilir. 2500 qazimiz artıq müalicə alıb. Cənab Prezidentində qeyd etdiyi kimi biz maksimum çalışmalıyıq ki, iqtisadi gücümüz əhalinin və qazilərimizin rifahının yaxşılaşdırılmasına yönəlməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB