Azərbaycanın Milli Qurtuluş Günü Gürcüstanda da qeyd olunub. SİA xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri Tbilisidə Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Müasir, müstəqil Azərbaycan dövlətinin banisinin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB