"May ayının 2-də evlə, bu gün isə avtomobillə təmin olunduq" - QAZİ BİLDİRDİ
"Dövlətimiz hər zaman bizə diqqət və qayğı göstərir. Bu səbəbdən də Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm". SİA xəbər verir ki, bu sözləri qazi Təbriz Həmidov bildirib.
Onun sözlərinə görə, qazilər may ayının 2-də mənzillərlə təmin olunub: "Bu gün isə bizə avtomobillər verildi. Hər zaman şəhid ailələrinə eyni zamanda qazilərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Mən Şuşa və Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışam. 3-cü qrup Qarabağ əliliyəm. Buna görə də dövlət tərəfindən 300 manat prezident təqaüdü, 650 manat pensiya alıram. Bütün bunlara görə də təşəkkürümü bildirirəm ki, bizə diqqət ayırıb, əziyyətimizin qarşılığını verirlər".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB