Hər bir addımımızda Prezidentin diqqətini hiss edirik - VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI AÇIQLADI
"Bizə bu qələbəni yaşadan Ali Baş Komandanımıza eyni zamanda ərazi bütövlüyümüzü təmin edən şəhid və qazilərimizə öz təşəkkürümü bildirirəm". Bu sözləri SİA-ya açıqlamasında vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev bildirib.
Onun sözlərinə görə, Prezidentin vətən müharibəsi qəhrəmanlarına göstərdiyi diqqət və qayğı göz önündədir: "Cənab Prezident İlham Əliyevin bizə olan dəstəyini hər addımımızda hiss edirik. Daima vətən müharibəsi iştirakçılarının həyat və fəaliyyətlərinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən müxtəlif lahiyələr həyata keçirilir. Həmçinin qeyd etmək istərdim ki, sosial ödənişlərlə də təmin olunmuşuq. Buna görə də ölkə başçısına və bizə diqqət göstərən qurumlara öz təşəkkürlərimizi bildiririk. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan ordusu!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB