Ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-sinin açılması təmin olunub

Ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-sinin açılması təmin olunub

Daxili İşlər Nazirliyi (DİN) iyunun 14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə