Deputat Göyçay və Ağdaşda Tibb işçilərinin peşə bayramı tədbirində iştirak edib - FOTOLAR
18 may 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib. Səfər çərçivəsində millət vəkili Göyçay və Ağdaş Mərkəzi Rayon Xəstəxanalarında həkim kollektivi ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş görüş keçirib.
Qeyd edək ki, bu bayram Azərbaycanda 1918-ci il iyunun 17-də ilk dəfə Səhiyyə Nazirliyinin yarandığı tarixlə bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur.
Çıxış zamanı M.Əfəndiyev ilk növbədə tədbir iştirakçılarını qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edərək son illər respublikamızın sosial-iqtisadi inkişafının cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini verdiyini, o cümlədən səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edib: “Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir”.
Eyni zamanda deputat heç bir dünya dövlətinin hazır olmadığı COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı barədə məlumat verib, habelə qabaqçıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Hər kəsə yaxşı məlumdur ki, bu sahədə əldə etdiyimiz nailiyyətlərdə böyük fədakarlıq nümunəsi ortaya qoymaqla həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür”.
Sonda M.Əfəndiyev bütün həkim kollektivini bir daha peşə bayramı münasibəti ilə təbrik edərək onlara gəkləcək fəaliyyətlərində uğurlar arzulayıb, tədbir iştirakçıları isə öz növbələrində millət vəkilinə görüş üçün öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB