Azərbaycanda 6 günlük dərs sisteminə nə zaman keçiləcək? - TƏHSİL EKSPERTİ AÇIQLADI

“4432 orta ümumtəhsil məktəb var və burada 1,6 mindən çox şagird təhsil alır. Etiraf edək ki, hazırda tədris yükü kifayət qədər çoxdur və bu 5 günlük tədris günlərində şagirdlər 7, bəzən 8 dərs məktəbdə olurlar”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, orta ümum təhsil müəssisələrinin 5 və ya 6 günlük olması ilə bağlı qərar Təhsil Nazirliyi tərəfindən deyil, pedaqoji şuralar tərəfindən müzakirə olunur: “Çünki bu qərar məktəbin özü tərəfindən verilə biləcək bir qərardır, eyni zamanda bu qərar istənilən zaman dəyişdirilə bilər. Məktəblərin 6 günlük olması dərs yükünün azalmasına gətirib çıxardır. Yəni 5 gün məktəb olduğu təqdirdə şagirdlər 7 saat dərsdə otururdusa, 6 günlük olanda isə artıq 5-6 saat dərsdə otururlar. Təbii ki, şagirdlərin istirahət hüququ var və biz bilirik ki, dərs günləri arasında iki gün fasilə şagidlərin 5 gün verdikləri enerjini geri qaytarmasına kömək edir. Lakin bəzən 2 gün istirahət olduğu zaman müəyyən sui-istifadə hallarına yol verirlər. Dünya təcrübəsinə görə şagirdlərin 6 gün dərsə getməsi daha məqbul hesab edilir. Çünki onların həm dərs yükləri az olur, həm də onların kifayət qədər dərs oxumağa vaxtları qalır. Lakin bəzi hallarda biz görürük ki, 5 gün dərs olandan sonra 2 gün fasilə verildikdə şagirdlərdə tənbəllik yaranır. Bakı şəhərində 320 məktəb var və onların arasında müəyyən məktəblər 6 günlük dərs sisteminə keçid ediblər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə