Elektron siqaretlər daha zərərlidir

Elektron siqaretlər daha zərərlidir

Son illər siqaretdən imtina edə bilməyən insanlar çıxış yolunu elektron siqaretlərdə görürlər. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, elektron siqaretin zərərsiz olduğunu düşünən şəxslər bu yolla sağlamlıqlarını qoruduqlarını ya da siqareti tərgidəcəklərini düşünürlər.
Bəs elektron siqaretin insan sağlamlığına zərərləri varmı?
Pulmonoloq Hikmət Abdulla SİA ya bildirib ki, elektron siqaretlər heç də düşünüldüyü kimi zərərsiz deyil.Tərkibində qliserin maddəsi olduğu üçün yanaraq buxarlanır.
Elektron siqaretin buxarı tənəffüs yollarınının və ağciyərlərin selikli qişasını məhv edir.O bildirib ki bəzi insanlar siqareti tərgitmək üçün elektron siqaretdən istifadə edir.Lakin nikotin alüdəçiləri anlamalıdır ki,bu birmənalı olaraq çıxış yolu deyil.istənilən ağciyərə daxil olan yad tüstü sağlamlığa ziyandır.
Sonda hər iki siqarətin ölümə aparan yol olduğunu bildirib.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə