3-ü 10 manata satılan toyuqları almaq məsləhətlidir? - SORĞU

3-ü 10 manata satılan toyuqları almaq məsləhətlidir? - SORĞU

Bəzən yol qıraqlarında, maşın baqajlarında 3-ü 10 manata olan toyuqlar satılır. Bu toyuqların mənşəyi nədir? Niyə belə ucuzdur? İnsan üçün ziyanları nələrdir?

Məsələ ilə bağlı SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, bəzi sexlər var hansı ki, brolyer sexlərdir: "Öz həyətlərində yumurta əldə etmək üçün toyuqlar saxlayırlar və bu toyuqlara yemlərin içində hormonlar verilir. Yəni müəyyən hormonal yemlər verilir ki, çox yumurta versin. Bun toyuqlar sırf yumurtlamaq üçün nəzərdə tutulur. Zaman keçdikcə bu toyuqlar yumurtalamağı dayandırırlar. Belə olduqda isə bəzi sahibkarlar bu toyuqları bazarda ucuz qiymətə satmağa çalışırlar. Bu yumurtaların əti bərk olur, gec bişir. Qeyd edim ki, bu toyuqların maşının arxasında satılması da həm də toyuqların mirkobioloji çirklənməsinə səbəb olur. Artıq bu qida riskli qida hesab olunur. Həmçinin bunların satılması da düzgün deyil. İstehlakçılar da bu toyuqları almaqdan çəkinməlidirlər. Toyuq alarkən diqqətli olmalıdırlar. Çünki o toyuqlar isti havada saxlanılır. Bu toyuqların alınması düzgün deyildir”.

Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov qeyd edib ki, broylerlər elə qurulub ki, oraya xəstəlik düşərsə bir gecədə bir neçə min toyuq öldürülür və bu cür toyuqları “özünə hörmət edən” şəxslər satışa çıxarmırlar: "Adətən belə toyuqlar çox az çəkidə olurlar. Bu toyuqlar da nüəyyən işbazların əlinə keçir və kənd toyuğu adı altında satışa çıxarılır. Digər tərəfdən isə damazlıq toyuqlar olur ki, onlar ancaq yumurta üçün saxlanılır. Yumurtadan kəsiləndən sonra onları satışa çıxarırlar. Bəzən kənd toyuğu adı altında satırlar. Digər tərəfdən isə Belarusiyadan ucuz toyuqlar istehlakçılara təqdim olunur ki, bu toyuqların hər biri təhlükəsiz olsalar belə keyfiyyətli deyil. Kənd toyuğu adı altında satılan toyuqlar da müəyyən problemlər yaranır. Bəzən antisanitar şəraitdə istehsal olunur. Bütün hallarda istehlakçılar 1003 "Qaynar xətti"nə məlumat verə bilərlər. Azad İstehlakçılar Birliyi olaraq biz istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıyıq. Təssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi malların yalnız təhlükəsizliyinə cavabdehdir. Keyfiyyət məsələsi ilə bağlı heç bir dövlət qurumu cavabdehlik daşımır. Qida məsələsində dövlətin siyasəti dəyişməlidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə