Özünü ifadə etmək istəyən şəxslər niyə saxta ad altında gizlənməlidir? - SORĞU

Özünü ifadə etmək istəyən şəxslər niyə saxta ad altında gizlənməlidir? - SORĞU

Sosial şəbəkələrdə xaricdən yaradılan saxta hesablar vasitəsilə şantaj halları baş verir. Bu cür hallar həmçinin digər insanları da narahat edir. Bəs bunlara qarşı hansı tədbirlər həyat keçirlməlidir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu bildirib ki, bu məsələ hüququ çərçivədə həll olunmalıdır: "Şantaja məruz qalan polisə müraciət etməli, polis də zərərverənləri tapıb, məhkəmə sisteminə təqdim etməlidir. Bu qaydadır, ali qayda. Burada bir problem də ondan ibarətdir ki, zərərverənlər həmişə polisə şikayət edirlərmi? Əlbəttə xeyir. Polislər necə, şikayətləri yüksək effektlə həll edirmi? O da xeyir. Qanunların icrasına mütləq sərt davranmaq lazımdır. Əks təqdirdə hərc-mərclik olar".

Məsələ ilə bağlı media eksperti Azər Həsrət bildirib ki, sosial şəbəkələrdə saxta hesabların qarşısını almaq üçün təkliflər iləri sürmüşəm: “Hər kəs sosial mediada şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Burada üz tanıma funksiyası tətbiq edilməlidir. Bu baş verərsə fərqli-fərqli adamlar saxta hesablarla ortalığı qarışdıra bilməyəcəklər. Düşünürəm ki, Azərbaycan dövləti də bu məsələ ilə bağlı ilk addımları atmağa başlamalıdır. Yəni normal polemika aparmaq istəyən, özünü ifadə etmək istəyən şəxslər niyə saxta ad altında gizlənməlidir? Buna nə ehtiyac var? Əgər sən qanunsuz bir fəaliyyətə meyillənmirsənsə nə üçün saxta ad altında fəaliyyət göstərməlisən? Ona görə də düşünürəm ki, insanların şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməsi tətbiq ediləcəyi təqdirdə bu məsələni kökündən həll etmək mümkün olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə