Keyfiyyətli dondurma necə olmalıdır? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI
“Dondurma bildiyimiz kimi süd məhsuludur və əsasən tərkibində süd, qaymaq və kərə yağından istifadə olunur. Mütləq şəkildə bunların hamısı keyfiyyətli olmalıdır ki, dondurmanın faydalarından lazımi qədər istifadə edək. Çünki, süd və süd məhsullarından hazırlandığı üçün insan sağlamlığı üçün çox faydalıdır və tərkibində karbohidratlar, zülallar, yağlar və bir çox vitaminlər var”. Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, təxminən 100 qram dondurmanın 207 kalorisi var: "Bu da öz sırasında zülallara, karbohidratlara, yağlara bölünür. Tərkibində A, B, C, D vitaminləri vardır. Kalium, fosfor, maqnezium kimi elementlər də vardır. Bu faydalı xüsusiyyətlərinə görə uşaqlar üçün də faydalıdır. Ancaq ilk növbədə bir sıra nüanslara diqqət etməliyik. Gündəlik insan orqanizmi üçün 150-200 qram istehlak olunmalıdır. Keyfiyyətli dondurmanı çəkinmədən uşaqlara verə bilərik. Onların sümüklərinin inkişafını çox yaxşı dəstəkləyir. Eyni zamanda dondurma yay fəslinin qidası olduğu üçün bəzi işbazlar keyfiyyətsiz məhsullardan istifadə edərək satırlar. Keyfiyyətli məhsullar əvəzinə keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bu da dondurmanın insan üçün təhlükəli qida olmasına səbəb olur. Belə olan halda qida zəhərlənmələri də baş verir.
Dondurmanın keyfiyyətsiz olması ilə insanların mədə-bağırsaq sistemində, həzm sistemində pozulma, maddələr mübadiləsinin pozulması halları baş verir. Belə olan halda da sağlamlığımız üçün təhlükə yaradır. Dondurmanı seçərkən nələrə diqqət etməliyik? Əgər dondurma ağızda acı dad qoyursa deməli bu keyfiyyətsiz dondurmadır. Çünki keyfiyyətli dondurmanı yedikdə ağızda xoşagələn qaymad dadı qalmalıdır. Mütləq bu nüansa diqqət etmək lazımdır. Paketlənmiş dondurmada istehsal tarixinə diqqət yetirmək lazımdır. Çalışmaq lazımdır ki, istehsal tarixi yeni olan dondurmalardan istifadə edək. Mütləq paketin üstündəki yazılara diqqət yetirilməlidir ki, yazılar dəyişdirilmiş olmasın. Bu o deməkdir ki, bu dondurmanın paketi açılıb və yenidən bağlanıb. Ona görə dondurma mütləq donmuş şəkildə olmalıdır. Paketi səliqəli olmalıdır.
Ən zərərli dondurmalar isə açıqda satılan dondurmalardır. Çünki onların hansı şəkildə hazırlandığı, gigiyenik qaydalara uyğun olub-olmadığını bilmirik. Açıq havada satıldığı üçün mikrobların daha çox təsirinə məruz qalır. Eyni zamanda bu dondurmalar bəzən düzgün qaydada saxlanılmır. Bu da dondurmanı keyfiyyətsiz hala salır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB