"Şəhid ailələrinə olan qayğı hər zaman Prezidentin diqqətindədir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Şəhid ailələrinə olan qayğı hər zaman Prezidentin diqqətindədir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Şəhid ailələrinə olan qayğı Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin hər zaman diqqətindədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, onların problemlərinin həlli dövlətimizin proritet məsələlərindən hesab edilir və bu istiqamətdə bir çox işlər görülür: "Bir çox şəhid ailələri evlərlə təmin edilərək, onların yadigarı hesab olunan övladlarının da ali məktəb haqları dövlət tərəfindən ödənilir və onların müavinətləri ildən-ilə artırılır. Həmçinin onların sosial problemləri həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarının diqqətindədir. Cənab Prezident hər dəfə çıxışlarında qısa zamanda bütün şəhid ailələrini mənzillə təmin edəcəyi barəsində bəyanatlar verir. Bu il 1500 şəhid ailəsinin mənzillə təmin edilməsi böyük bir hadisədir. Qeyd edim ki, bu il ərzində mənzillə təmin edilən şəhid ailələrinin sayında ən böyük rəqəmdir. Bu özü göstərir ki, bu proses çox çəkməyəcək və heç bir şəhid ailəsi mənzilsiz qalmayacaq. Dövlətin bu kateqoriyadan olan insanlara daha çox sosial qayğı göstərməsi barəsində yeni-yeni lahiyələr həyata keçiriləcək. Cənab Prezidentin apardığı siyasət dövlətimizin möhkəmlənməsinə, dövlət qarşısında olan məsələlərin həllinə, eyni zamanda iqtisadiyyatımızın güclənməsinə və büdcəmizin artmasına səbəb olacaq. Həmçinin bütün bu məsələlər şəhid ailələrinin daima xidmətdə saxlanılmasına diqqət edəcəkdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə