"Məhz bu səbəbdən kişilər öz yoldaşını döyür" - AİB SƏDRİ AÇIQLADI

"Məhz bu səbəbdən kişilər öz yoldaşını döyür" - AİB SƏDRİ AÇIQLADI

“İnsan öz çəkisini vurmalıdır 30 ml qrama və alınan rəqəm qədər maye qəbul etməlidir. Misal olaraq bir insan 70 kq çəkisindədirsə, həmin insan gündəlik olaraq 2 litr həcmində maye qəbul etməsi daha məqbuldur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, birmənalı şəkildə istər yay, istərsə də qış aylarında çox soyuq su içmək olmaz: “Çünki bu hal ciddi və sağalmaz xəstəliklərə gətirib, çıxara bilər. Ümumilikdə hər bir mayeni normal otaq temperaturunda içmək tövsiyə edilir. İsti aylarda çay içərkən həmin çayın insana pis təsir etməsi onun hansı növə aid olmasından asılıdır. Əlbəttə, yeməkdən sonra çayı içmək olmaz, ən azından yeməkdən 1 saat sonra çay qəbul edilməlidir. Çünki çayın tərkibində olan maddələr qidada olan dəmirin qana sorulmasında maneçilik törədir. Azərbaycan ailəsində səhv bir fikir var ki, yeməkdən sonra mütləq şay içilməlidir. Hətta bunun üstündə öz həyat yoldaşını döyən kişilər də var. Təbii ki, bu, yolverilməzdir, yeməkdən sonra çay içmək, eyni zamanda da, qadına əl qaldırmaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə