"Kvota ilə işlə təmin olunanların sayı 66 minin üzərindədir" - SƏDR DANIŞDI

"Kvota ilə işlə təmin olunanların sayı 66 minin üzərindədir" - SƏDR DANIŞDI

"2021-ci ilin əvvəlində şəhid ailələrinin kvota ilə işlə təmin olunması prosesinə başladıq”. SİA xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib.

M.Abbasbəyli qeyd edib ki, kvota ilə işlə təmin olunanların sayı bu il 66 minin üzərindədir: “Müharibə əlillərinin işlə təmin olunması prioritet istiqamət kimi müəyyən edilib və bu qərarın genişləndirilməsi üzərində işlər aparılır. Kvotaya şamil edilən iş yerlərinin sayı artırılacaq və 80 minə çatdırılması planlaşdırılır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə