"Parklanma ilə bağlı problemlər insanı dəhşətə gətirir" - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

"Parklanma ilə bağlı problemlər insanı dəhşətə gətirir" - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

“Qanunsuz parklanma ilə bağlı geniş tədbirlərə ehtiyac var. Bu məsələ üzrə sistemli iş görülməlidir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, ancaq görünən odur ki, bir çox sahələrdə olduğu kimi parklanma sahəsində də ciddi problemlər var: “Bu problemlər necə həll olunmalıdır? Nə vaxt həll olunmalıdır? Bütün bunları adiyyatı qurumlar yaxşı bilir. Sadəcə olaraq sistemli bir yanaşma nümayiş etdirmək daha yaxşı və faydalı olar. Sistematik yanaşmanın da özünün müsbət tərəfləri var ki, hər kəs öz işini necə görəcəyini anlasın. Fikrimcə, bu gün Bakıda parklanma siyasəti düzgün həyata keçirilmir. Çünki vəziyyət xautikdir. Bu sahədə bir çox qurum özünü səlahiyyətli hesab edir və istədiyi hərəkəti həyata keçirdir. Misal olaraq Bakı Şəhər İcra Hakimiyyəti, rayon İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi bunlar demək olar ki, hamısı parklanma ilə bağlı səlahiyyəti olan qurumlar kateqoriyasındadır. Hamısının da bu və ya digər formada söz demək imkanı var. Ona görə düşünürəm ki, bu məsələlər bir mərkəzdən idarə olunsa daha yaxşı olar. Əgər parklanma ilə bağlı bütün məsələlərə bir qurum öhdəlik etsə, sistemli şəkildə bütün proseslər davam edər. Əks halda Bakı Nəqliyyat Agentliyi bildirir ki, mən bura parklanma edirəm, yol polisi isə deyir ki, olmaz. Əslində isə bu belə olmalı deyil. İcra hakimiyyətləri də, bələdiyyələr də parklanma ilə bağlı sərəncamlar verirlər. Yəni təsəvvür edin ki, bələdiyyə parklanma ilə bağlı sərəncam verir. Parklanmaya da baxan qurum Bakı Nəqliyyat Agentliyidir. Baxın görün bu qanunda nə qədər boşluq yaranıb. Keçmiş polis rəisi Nizami Qocayev “Çinar parkinq” deyilən bir şirkət yaradıb. Bu qurum Vergilər Nazirliyində qeydiyyatdadır, bələdiyyədən kağızı var və rəsmi fəaliyyət göstərdiyini vurğulayır. Amma düşüb camaatın canına hamıdan pul yığır. Dövlət isə elan edir ki, parklanma pulsuzdur. Baxın görün bu necə bir biabırçılqıdır. Lakin bütün bu məsələlərə fikir verilməldir, cəmiyyəti hər şeydən narazı salmaq olmaz. Düzdür bizim oratda fikirləşdiyimiz 0.50 qəpik, 1 manat və 2 manatdır. Amma günün sonunda həmin yığılan məbləğə nəzər yetirsək görərik bu pulun yarım milyon dövriyyəsi var. Bəs bu yarım milyon kimin cibinə gedir? Bu öz başınalığa yol vermək olmaz".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə