Hipnoz nədir? - PSİXOLOQ AÇIQLADI

Hipnoz nədir? - PSİXOLOQ AÇIQLADI

"Hipnoz təlqinə meyilli insanların, psixohəssas insanların hipnozçunun sözləri ilə şüuraltına verilən süni yuxu prosesidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.

Onun sözlərinə görə, yəni hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür: "Hipnozun çox müxtəlif növləri var. Qədim Yunanıstanda, qədim Romada Sibirdə hətta Koreyada da hipnozun özünəməxsus növlərindən istifadə olunur. Hipnozçular sertifikatlarla təltif edilib.

Hipnozdan ilk dövrlər əməliyyat zamanı ağrıkəsici effekti vermək üçün istifadə olunub. Bu gün müasir hipnozdan kriminal aləmdə, reabilitasiyalarda, cinayətlərin açılmasında istifadə olunur. Hipnoz fobiası olanlara, ürəkçatışmamazlığı olanlara, hər şeydən qorxan insanlara tətbiq edilə bilməz. Müəyyən vərdişlərin belə ki, narkotik, alkaqol vərdişlərinin azaldılması üçün də istifadə edilir.

Hipnoz bəzi ruhi xəstəliklərdə, şəxsiyyət pozuntusunda, maddələr asılılığında da istifadə olunur. Lakin Azərbaycanda yaxşı hipnozçuların olduğunu düşünmürəm. Onlar dələduzluqla insanları yalnış yönləndirirlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə