“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” - FOTOLAR
İyunun 8-də Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə məktəbin akt zalında “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis baş leytenantı Emin Bağırzadə, Daxili İşlər Nazirliyi nəzdində İctimai Şuranın katibi Sevda Məmmədova, Səbail Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Həmidxan Tahirli, digər dövlət orqanlarının nümayəndələri, məktəbin rəhbər işçiləri, pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov çıxışında cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və məhvedici təsirləri barədə geniş məlumat verib.
Sonda narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə