Bülbül prospektində ləğv olunan dayanacaqda 1 ağac basdırılır, amma... - FOTOLAR

Bülbül prospektində ləğv olunan dayanacaqda 1 ağac basdırılır, amma... - FOTOLAR

Bakının Bülbül prospektində, Xalq qəzetinin redaksiyası qarşısında vaxtilə səkikənarı ağaclar olan yerdə avtodayanacaq salınmasına medianın sərt reaksiyasından sonra təcili tədbir görülməsi müsbət haldır. Dünən həmin dayanacaq ləğv edilib.

Bu gün isə həmin səkidə 1 ağacın- Xan çinarı tinginin əkilməsinə hazırlıq görülür. Prosesi aparan fəhlələr bizimlə söhbətində bildirdi ki, burada əkilməsi üçün bir ağac ayrılıb.

Lakin orada azı 2 ağac əkilməsi lazımdır, birinə qənaət edilib. Fotolardan da gördüyünüz kimi, həmin yerin uzunluğu azı 20 metrdir. Buna görə də orada 2 ağac əkilməsi lazımdır. Ümidvarıq ki, aidiyyatı təşkilat daha bir ağacın əkilməsini təmin edəcək.

(Fotoda- Əvvəlki vəziyyət)

Onsuz da yaşıllığın az olduğu Bakıda ağac kəsilməsinə yol verməmək, əksinə, mümkün olan hər yerdə yeni ağacların əkilməsi lazımdır. Ağac kəsilməsinə qadağalar gücləndirilməli, cəzalar ağırlaşdırılmalıdır. Paytaxtın bütün boş ərazilərində yeni yaşıllıq sahələri salınmalıdır.

Elçin Bayramlı

Fotolar müəllifindir

Bütün xəbərlər Facebook səhifəmizdə