Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin Rəzoə haym adlanan ərazisində 18 ədəd yeni fərdi yaşayış evlərinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ricon" MMKC-dir.
Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək.
Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün tikilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB