Erməni zəvvarlar Xudavəng məbədini ziyarət edə biləcəklər, amma...

Erməni zəvvarlar Xudavəng məbədini ziyarət edə biləcəklər, amma...

Erməni zəvvarlar 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətində olan əraziyə düşmüş Xudavəng məbədini yenidən ziyarət etmək imkanı əldə ediblər. SİA xəbər verir ki, bu barədə “Armenia Today”a açıqlamasında məbədin keçmiş keşişi Ter Hovhannes Hovhannisyan bildirib.

O qeyd edib ki, müqəddəs məbədə erməni zəvvarların maneəsiz getmələri üçün erməni tərəfi Rusiya sülhməramlıları ilə intensiv işləyib. Danışıqlar nəticə verib və razılaşmalar əldə edilib. Lakin ciddi məhdudiyyətlərlə: “Əldə edilən razılığa əsasən, ayda bir dəfə avtobusla 20-22-dən çox zəvvar Xudavəngə səfər edə bilməyəcək və ciddi nəzarət altında monastır kompleksinin ərazisinə girişə yalnız hər birinin şəxsi yoxlanışından sonra icazə veriləcək”, - erməni keşiş bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə