İcevanda Nikol Paşinyanın abidəsini zədələyiblər

İcevanda Nikol Paşinyanın abidəsini zədələyiblər

İcevanda Ermənistanın baş naziri Nikol Paşinyanın abidəsi növbəti dəfə zədələnib. SİA shamshyan.com saytına istinadən xəbər verir ki, mayın 13-də polis şöbəsinə İcevan şəhərinin Blbulyan-Aslanyan küçələrinin kəsişməsində ucaldılmış baş nazirin abidəsinin zədələnməsi barədə məlumat daxil olub. Qəzetin yazdığı kimi, hadisə ilə bağlı polis “əmlakı qəsdən məhv etmə” maddəsi ilə materiallar hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə