Dünyada qida təhlükəsizliyi necə tənzimlənir? - MÜTƏXƏSSİS AÇIQLADI

Dünyada qida təhlükəsizliyi necə tənzimlənir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2018-ci ildəki qərarına əsasən 7 iyun Ümumdünya qida təhlükəsizliyi günü kimi qeyd olunur. Bu gün qidanın təhlükəsizliyindən danışmaq çox çətin məsələdir. Çünki insan orqanizmi üçün orqanik olan məhsullar çox azdır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə ət məhsullarından danışdıqda istər qanadlı heyvanları, istər iribuynuzlu və xırdabuynuzlu heyvanları baytarlar mütəmadi olaraq nəzarətdə saxlamalıdırlar: “Çünki bu məhsullardan yoluxan xəstəlik birbaşa orqanizm üçün təhlükəli, hətta ölümcül ola bilər. Ona görə də qida təhlükəsizliyində əvvəlcə baytarların daha sonra isə istehsalçının üzərinə yük düşür. Gigiyena qaydalarına riayət edilməlidir.

Təbii ki, maketlərdə də qida təhlükəsizliyinin təmin edilməsi aidiyyati şəxsləri üzərinə düşür. Yəni məhsulun saxlanma şəraiti düzgün olmalı, marketlər soyuducularla təmin olunmalı, çarpaz çirkənlənmənin qarşısının alınması üçün cinslərinə uyğun rəflənməlidir. Birbaşa tarladan süfrəyə, fermadan süfrəyə qədər istehsal olunmuş bütün məhsulların qida zəncirində qorunmalı, düzgün saxlanılmalı, daşınmalı, emal olunmalıdır. AQTA mütəmadi olaraq bununla bağlı reydlər keçirilməli və qida zəncirində hər hansı bir nöqsan aşkar edilərsə, təbii ki, onun da aradan qaldırılmalıdır. Qida təhlükəsizliyi qidanın təkcə mikrobioloji çirklənməyə məruz qalmaması demək deyil. Təbii ki, bunlar vacibdir. Amma qida təhlükəsizliyinin bir qolu da qidanın israf olunmamasıdır. Hər yerdə nə qədər məhsul istehsal olunur. Qidanın israf olunması Yer kürəsində ildə 9 milyon insanın aclıqdan ölməsinə səbəb olur. Yer kürəsində qidanın düzgün və ədalətli bölüşdürülməməsi ildə 9 milyon insanın aclıqdan ölməsi deməkdir. Qida təhlükəsizliyi qidanın sağlam şəkildə süfrəyə gəlməsi deyil. Burada qidanın israf olunmaması da böyük rol oynayır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə