Oğuz rayonu Padar kənd Şəhidlər xiyabanında YAP Oğuz rayon təşkilatının fəalları, Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və məktəblilərin iştirakı ilə şəhid Süleyman Şirəlizadənin anım mərasimi keçirilib.Şəhid Süleyman Şirəlizadə 2001-ci ilin bu günü, Oğuz rayonunun Padar kəndində anadan olub.
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi iştirak edib. Şəhadətindən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun! Allah cismən yoxluğunda ailənə səbr versin, Şəhidimiz!
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB