“Əsəb pozğunluğunun ümumi diaqnostikası nevropatoloq tərəfindən müəyyən olunur. Əsəb pozğunluğu diaqnozunu hər adama qoya bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə psixoloq hər hansısa bir diaqnozu qoya bilən şəxs deyil: “Sadəcə onun gedişatına nəzarət edən və nevropatoloqun təyinatı ilə terapiyalarını aparan şəxsdir.
Əsəb pozğunluğu olan insanlar ümumiyyətlə çalışıb ətrafında olanları qıcıqlandıran, əsəbləşdirən, tələskinliyə sövq edən insanları uzaqlaşdırmalıdırlar. Ümumiyyətlə çox gərginlik tələb edən işlərdən uzaq durmalıdırlar. Həyat şəraitlərini öz psixi durumlarına uyğun qurmalıdırlar. Böyük tədbirlər, səs-küylü yerlər onlara xoş gəlmir. Bacardıqları qədər yuxu rejimlərinə fikir verməlidirlər. Həmçinin hansı vaxtlarda dincəlməli, hansı vaxtlarda işləməlidirlərsə, bunu planlaşdırmalıdırlar. Əgər zehni güc tələb edən işdədirlərsə, bu zaman istirahətlərinə mütləq şəkildə vaxt ayırmalı, vaxtı düzgün bölməyi bacarmalıdırlar. Əsasən bu xəstəliyin mənbəyi tapılmalıdır ki, bu problem haradan yaranır. Genetikdirmi, düşdüyü mühit səbəb olub və ya hər hansı bir travmadan sonra yaranıb. Bunları nevropatoloq müəyyənləşdirir və ona uyğun hərəkət olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB