Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı sayəsində mənfur düşməndən azad edildiyini bildirib: “Bu gün işğaldan azad edilmiş torpaqlarda hərbiçilərlə görüşlər keçirmək və onlara mədəni xidmət göstərmək olduqca qürurvericidir”.
Ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından bəhs edən V. Möhsümova bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşib və çoxşaxəli olub. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülüb, bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanıb və çoxsaylı tədbirlər həyata keçirilib. Hərbçilərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin mədəni irsimizin təbliğ edilməsi, tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə mütəmadi olaraq regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən hərbi hissələrdə tədbir və konsert proqramları təşkil edilir.
Tədbir konsert proqramı ilə davam etdirilib. Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin və qonaqlarımızın zövqünü oxşayan rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb.
Sonda hərbi qulluqçulara müxtəlif hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB