“Şəhid ailələri və Qarabağ qazilərinə hər birimiz qayğı göstərməliyik” - DEPUTAT ŞƏRH ETDİ
“Şəhid ailələri və Qarabağ qazilərinin sosial müdafiəsi Azərbaycan dövlətinin sosial siyasətinin prioritet sahələrindən biridir. Cənab Prezident bu qəbildən olan insanlara xüsusi qiymət verir və onlara yüksək qayğı göstərir. Bu həm də bütövlükdə cəmiyyət, dövlətin məmur və siyasiləri üçün də bir nümunə və göstərişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, əlbəttə dövlətimiz tərəfindən insanların sosial təminatlarına keçirilməsi üçün həm passiv, həm də aktiv sosial fəaliyyətlər həyata keçirilir: “Aktiv sosial müdafiə tədbirlərindən bu qəbildən olan insanların işlə təmin olunması məsələsi ön plandadır. Əlillik dərəcəsindən asılı olaraq sağlamlıq imkanı vəziyyətinin verdiyi bütün işlərdə çalışması üçün icazə var. Eyni zamanda onların işə götürülməsinə də olduqca üstünlük verilir.
Başqa bir istiqamət şəhid ailələri və Qarabağ qazilərinə özünəməşğulluq proqramlarında yer verilməlisidir. İldə təxminən 17-20 min nəfər şəxsin özünəməşğulluq proqramına layihə həyata keçirilib. Bunlardan da təxminən yarısı Qarabağ qaziləri və şəhid ailələrinin üzvləridir və təxminən bu qəbildən olan insanın özünəməşğulluq proqramına cəlb olunması üzərində iş aparılır. Eyni zamanda bu insanların maddi-sosial problemlərinin həll edilməsi üçün mənzil təminatının yaxşılaşdırılmasında da müəyyən tədbirlər görülür. İndiyə qədər mindən çox bu qəbildən olan insanlar hər cür şəraiti olan mənzillərlə təmin edilib. Cənab Prezidentin göstərişi ilə 2025-ci ilə qədər Azərbaycanda mənzillə təmin olunmayan şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq.
Sosial reabilitasiya tibbi müayinələrin və müalicələrin aparılması, tibbi yardımın göstərilməsi də dövlət vəsaiti hesabına göstərilir. 7500-dən çox minik avtomobili verilib. Bu proses hələ davam edəcək.
Pensiyaların verilməsi də yüksək səviyyədədir. Demək olar ki, respublika üzrə orta həddən yuxarı səviyyədə Qarabağ qaziləri pensiya və təqaüdlər alır. Eyni zamanda şəhid və qazi övladları bütün ali təhsil müəssisələrində dövlət hesabına təhsil alırlar.
Şəhid ailələri və Qarabağ qazilərinə nəinki dövlət cəmiyyət olaraq hər birimiz qayğı göstərməliyik. Eyni zamanda bu şəxslər də cənab Prezidentin onlara olan qayğısını hiss edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB