Türkiyəli professor Bərdədə mədəniyyət müəssisələri ilə tanış olub

Türkiyəli professor Bərdədə mədəniyyət müəssisələri ilə tanış olub

Türkiyənin Düzcə Universitetinin Siyasi Elmlər Fakültəsinin dekanı, professor-doktor Ayfer Gedikli Bakıda keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin tur cədvəli çərçivəsində Bərdə rayonunda olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı Ayfer Gedikli Bərdə Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə tanış olub, idarənin əməkdaşları ilə görüşərək öz təəssüratlarını bölüşüb.

Regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və regional idarə ilə mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi müzakirə edilib. Türkiyəli professor V.Möhsümova ilə birgə Bərdə və Mingəçevir şəhər mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. A.Gedikli gələcəkdə mədəniyyətin bütün sahələrində qarşılıqlı sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb, qarşılıqlı əməkdaşlığın gələcəkdə regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfə verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə